Filippində İŞİD terror qruplaşmasını dəstəkləyən dəstə üzvləri 19 dinc sakini öldürüblər.
Metbuat.az bildirir ki, ümumilikdə ölənlərin sayı 85 nəfərə çatıb.
"Ölənlər dinc sakinlərdi. Biz onların cəsədlərini axtarış-xilasetmə əməliyyatları zamanı aşkar etdik" - hərbçilərin nümayəndəsi deyib. O, əlavə edib ki, dinc sakinlərin həlak olmasının təfərrüatlarının araşdırılmasına hələ başlanılmayıb.