Bakıda bağlı qapı arxasında qalmış 2 azyaşlı xilas olunub.
Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılaraq azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:12-də başa çatıb.