İnsan başlı heyvan doğuldu

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında qeyri-adi fiziki anomaliya ilə inək balası doğulub.

Metbuat.az bildirir ki, onun başı, gözləri, qulaqları və burnu insanı xatırladırdı.

Heyvan cəmi bir saat yaşayıb. Ancaq yerli sakinlər onu Vişna Allahının təcəssümü kimi qəbul ediblər və ona sitayiş etməyə başlayıblar.

Hazırda heyvanın bədəni xüsusi şüşənin altına yerləşdirilib və onun qoyulduğu yer səcdəgaha çevrilib. Hindistanın müxtəlif yerlərindən qeyri-adi heyvanı görmək üçün insanlar gəlirlər. İnək balasının bədəni orada üç gün saxlanıldıqdan sonra yandırılacaq və kül xüsusi olaraq tikilmiş məbədə qoyulacaq. // Sivil.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR