Bakıdakı ticarət mərkəzində itiən külli miqdarda pulu bu qadın tapıb

Bakıda ticarət mərkəzində qəribə hadisə baş verib. Bir nəfər şalvar alarkən külli miqdarda pulunu itirib. Pulu tapan qadın isə onu yerdən götürərək çantasına qoyub və hadisə yerindən uzaqlaşıb. Görüntülər anbaan ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Metbuat.az bildirir ki, görüntülər paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindəki ticarət mərkəzində qeydə alınıb.

Əyyub Məhli ərazi üzrə 10-cü polis bölməsinə məlumat verib ki, ticarət mərkəzindən şalvar alarkən 2200 manat və 400 dollar pulu oğurlanıb. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan bölmə əməkdaşları mağaza ətrafındakı təhlükəsizlik kameralarına baxış keçiriblər.

Kadrlardan aydın olub ki, zərərçəkmiş təzə şalvar alarkən cibindəki pulları köhnədən çıxarıb yenisinin cibinə qoyub. Dərzi çağırıb ayağını düzəltdirmək üçün şalvarı ona verib. Dərzi isə şalvarı çiyninə atıb gedərkən 2200 manat və 400 dollar pul yerə düşüb.

Yerdəki pulun yanından bir neçə şəxs keçsə də, onu heç kim görmür. Təkcə bu qadından başqa. Orta yaşlı qadın pulu görən kimi yerdən götürüb ətrafa baxmadan çantasına qoyub gedir. İndi 10-cu polis bölməsinin əməkdaşları görüntülər əsasında həmin qadını axtarır.

Qusar polisi isə bir neçə gün əvvəl rayon sakinini döyərək ona qarşı quldurluq edən şəxsi müəyyən edib. Mayın 31-də Qusar polis şöbəsinə müraciət edən Amil Şalbuzov əməliyyatçılara tanımadığı şəxsin ondan pul tələb etdiyini və pulu olmadığından mobil telefonunu əlindən aldığını deyib. Şübhəli şəxs qismində polis şöbəsinə gətirilən 30 yaşlı Qusar sakini Şamil Əsgərov törətdiyi cinayəti etiraf edib. Axtarış zamanı qarət edilmiş mobil telefon da Şamil Əsgərovun üzərindən çıxıb.

Hazırda polis şöbəsinin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: // Xezerxeber.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR