Rusiyanın Tver vilayətində bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

Metbuat.az bildirir ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə dərnək üzvləri arasında mübahisə yaranıb. Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.