Tanınmış müğənni sabah həbsxanadan çıxacaq

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən tanınmış müğənni Dəniz Səkinin cəza müddəti bitir.

Metbuat.az bildirir ki, iyunun 5-də, yəni həftənin ilk iş günündə sənətçinin həbs müddəti başa çatır və o, azadlığa buraxılacaq.

Qeyd edək ki, Dəniz Səki məlum cinayəti törətdiyinə görə axtarışa verildikdən sonra polislərdən xeyli müddət gizlənmişdi. O, daha əvvəl də narkotik istifadəsinə görə polis tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR