Şəmkir rayonunda traktoru işə salan sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Metbuat.az bildirir ki, hadisə rayonun Posanlı kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü, Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsız davranaraq mühərrikin ventilyatoruna toxunub. Nəticədə ventilyatoruna onun qarın nahiyəsini kəsərək ağır xəsarət yetirib. Sürücü aldığı xəsarətlərdən yerində keçinib.
Faktla bağlı araşdırma aparılır. // Report