Almaniyada Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərində sürətli şəhərlərarası qatar relsdən çıxıb.
Metbuat.az bildirir ki, bu haqda Koelnische Rundschau qəzeti xəbər verir.
Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarında yalnız maşinist olub, o xəsarət almayıb.
Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.