Bakıda 2 bahalı avtomobil toqquşdu

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə bu gün 17:15 radələrində rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. 10 CM 045 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik avtomobili, 90 DM 029 dövlət nömrə nişanlı "Toyota Land Cruiser"-lə toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib. "Mercedes ML" markalı minik avtomobilin sürücüsü zərbənin təsirindən nəqliyyat vasitəsini bir neçə metr kənarda saxlaya bilib. // qafqazinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR