x
Loading...

Cüdoçularımızdan uğur: 1 qızıl, 3 gümüş medal

Azərbaycan cüdoçuları Rumıniya paytaxtında başa çatan "Bucharest Open" turnirində 4 medal qazanıblar.

Metbuat.az bildirir ki, fəxri kürsünün ən yüksək pilləsi 90 kq çəki dərəcəsində çıxış edən Tural Safquliyevə qismət olub.

O, rumıniyalı, böyük britaniyalı və 2 italiyalı rəqibini yendikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada Safquliyev israilli Li Koçmanı da vaxtından əvvəl yenərək, qızıl medala yiyələnib.

Azərbaycanın daha 3 cüdoçusu isə finalda uduzub. 73 kq çəkidəki Hüseyn Rəhimli böyük britaniyalı, rumıniyalı, italiyalı və ukraynalı rəqibini yensə də, son qarşılaşmasında puerto-rikolu Ceffri Ruisə yenilərək, gümüş medal əldə edib.

81 kq çəkidə yer alan Fəqan Quluzadə ukraynalı, portuqaliyalı, ispaniyalı və fransalı rəqiblərini yensə də, qızıl medal uğrunda görüşdə belçikalı Yoahim Botyöyə uduzub.

Nəhayət, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri italiyalı, ukraynalı və polşalı rəqiblərindən üstün olsa da, rumıniyalı Daniel Natyaya yenilərək, ikinciliklə kifayətlənib.

Azərbaycanın qalan təmsilçilərindən Zelim Kotsoyev (100 kq) 5-ci yeri tutubsa, 10 cüdoçu, o cümlədən, iki xanım idmançı zəif nəticələr göstərib.

Ümumi komanda hesabında Azərbaycan Fransa, Ukrayna və Rumıniyadan sonra 4-cü, kişilərin mübarizəsində isə 1-ci yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR