“Məni tənqid edənlərə öz oyunumla cavab verdim”.
Bu sözləri “Real”ın hücumçusu Kriştiano Ronaldo dünən Çempionlar Liqasının finalında “Yuventus”la oyundan (4:1) sonra deyib. Görüşdə dubl edən portuqaliyalı futbolçu qeyd edib ki, onu haqsız yerə tənqid edənlər bundan sonra da dayanmayacaq: “Onlar yenə də danışacaqlar”.
Ronaldo bildirib ki, 32 yaşı olmasına baxmayaraq, özünü əla formada hiss edir: “Mənim pasportdakı yaşım sadəcə quru rəqəmdən ibarətdir. Özümü yeniyətmə kimi hiss edirəm”. //qol.az