"Meza Kolli və Qoroziyanı çox gözləyə bilmərik" - Ayxan Abbasov

"Meza Kolli və Qoroziyanı çox gözləyə bilmərik"  - Ayxan Abbasov
13:37 5 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Ölkəmizi Avroliqada təmsil edəcək “Zirə” iki futbolçusunu - Derlis Meza Kolli və Georgi Qoroziyanı yola gətirə bilmir. Fanat.Az-a verilən məlumata görə paraqvaylı Meza Kolli və gürcü Qoroziya “qartallar”ın yeni müqavilə təklifinə müsbət cavab vermir.


Qəsəbə təmsilçisindən vaxt istəyən yarımmüdafiəçilərin günü günə satması baş məşqçi Ayxan Abbasovun da planlarını pozub. Abbasov artıq sözügedən oyunçuları gözləməkdənsə, yeni variantlar üzərində çalışır. Hazırda 2 legionerlə danışıq aparan zirəlilər Türkiyə toplanışı başlayana qədər açıq qalan məsələni nöqtələmək niyyətindədi.


Çalışdırıcının saytımıza verdiyi açıqlama belə oldu: "Bəli, həm Meza Kolli, həm də Qoroziya bizdən vaxt istəmişdi. Ancaq onları çox gözləyə bilmərik. Çünki Avroliqaya mümkün qədər yaxşı hazırlaşmalı, hansı heyətlə çıxış edəcəyimizi müəyyənləşdirməliyik. Türkiyə toplanışı başlayana qədər gəlməsələr, onların yerinə başqa futbolçular transfer ediləcək. Danışıq apardığımız oyunçular var".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmeza-kolli-v-qoroziyan-cox-gozly-bilmrikquot-t58532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR