Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Qətər problemi mövzusunda razılığa gəlmək üçün əlindən gələni etdiyini açıqlayıb.
Metbuat.az bildirir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Abdel Rahman Əl Tani ilə bir araya gələn Lavrov Rusiyanın bəzi ərəb ölkələrinin Qətər ilə diplomatik əlaqələrini kəsdiyi xəbərindən narahatlıq duyduğunu ifadə edib:
"Bəzi ərəb ölkələrinin Qətər ilə diplomatik əlaqələrini kəsdiyindən narahatlıq duyuruq. Yaxın Şərqdə terrorla mübarizə aparılması üçün əməkdaşlığın təmin olunması vacibdir. Bu təhdidi qabaqlamaq və təsirsiz hala gətirmək üçün səylərimizi səfərbər etməliyik".