Saatlıda yanğın hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Saatlı rayonu, Çolpı kəndində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 140 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda 2 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.