Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Sabirabad rayon sakini, 1946-cı il təvəllüdlü Məmmədova Aminə Fəttah qızı özünü həyətdə yerləşən çardaqdan asıb. Yaxınları onu asılmış vəziyyətdə aşkar ediblər.

Qadının onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır. // APA