Bakıda yanğın hadisəsi baş verib.
Metbuat.az bildirir ki, Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb. Hal-hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Əlavəməlumat veriləcək.