Çinin Tayvan adasında kommersiya helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Metbuat.az bildirir ki, hadisə bu gün səhər 11:00 radələrində Xualien qəsəbəsi yaxınlığında baş verib.
Kirayə əsasında uçuşda olan helikopterdə səmadan şəhər görüntülərini çəkən heyət olub. Onlar arasında Tayvanın tanınmış kinorejissoru Po-lin Çinin də olduğu güman edilir.