Bərdədə yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Bərdə rayonu, Otuzikilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.