Türkiyənin Hakkari vilayətində terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı və 6 hərbçi yaralanıb.


Metbuat.az bildirir ki, yaralılardan biri ağır vəziyyətdədir.

Bildirilir ki, PKK terrorçuları hücum zamanı iri çaplı silahlardan istifadə ediblər.

Vilayətində terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi üçün əməliyyat aparılır.