Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Metbuat.az bildirir ki,, ata 14 yaşlı qızını zorlayan cinayətkarı məhkəmə zalındaca qətlə yetirib. O, məhkəmənin yüngül cəza verdiyini düşünərək, qisası elə məhkəmədəcə almağa qərar verib.
Kəmərindən 3 əldədüzəltmə bıçaq çıxararaq bir-birinin ardınca hədəfə tuşlayırmış kimi cinayətkarın ürəyinə saplayıb.
Hadisə o qədər sürətlə baş verib ki, ədliyyə polisi reaksiya göstərməyə gecikib.
Hər üç zərbə hədəfə dəyib. Bıçaqlardan ikisi birbaşa ürəyə sancılıb.
Müttəhim yerindəcə can verib. İntiqamını alan ata elə məhkəmə zalında həbs olunub. Karavaykin sakini nə etdiyini gözəl anladığı üçün müqavimət göstərməyib. Hətta artıq qalan iki bıçağı da məhkəməyə təhvil verib.
O, hərəkətini bu sözlərlə izah etməyə çalışıb: "Ətir saçan çox gözəl gülü böyüdün, sonra da onu kiminsə çirkli çəkmələrlə tapdaladığını izləyin. O zaman mənim hərəkətimi başa düşəcəksiniz. Mənim qızım zorlamadan sonra iki dəfə özünə qəsd etməyə çalışdı və hər ikisində sırf təsadüf nəticəsində sağ qaldı. O, indiyə qədər psixiatrik klinikada müalicə alır. Ancaq bu alçağa cəmi 5 il iş verirlər, özü də ümumi rejimdə".
Məhkəməyə silahlanmış vəziyyətdə gəlməsini zərərçəkənin valideyni belə izah edib: "Belə bir qərarın veriləcəyini təxmin edirdim. Çünki istintaqın gedişində dəfələrlə şikayət ərizəmi geri götürmək üçün mənə rüşvət təklif olunmuşdu. Hətta fiziki təsir etməyə də çalışmışdılar. Ancaq istəklərinə çatmamışdılar".
Ali məhkəmənin hökmü ilə Karavaykin sakininə 8 il şərti azadlıqdan məhrum edilmə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Ata 14 yaşlı qızını zorlayanı məhkəmə zalında öldürdü
Həmçinin oxu
İmamoğlu və daha 8 nəfərə həbs cəzası verildi
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Mbappe Ardanın "Real"la müqavilə uzatmasına belə reaksiya verdi
Bu gün
·
20:43
Bakıda kirayə evlərin qiyməti niyə ucuzlaşmır? - Açıqlama
Bu gün
·
20:27
“Trabzonspor” üç ulduz futbolçu üçün hərəkətə keçdi
Bu gün
·
20:15
İmamoğlu və daha 8 nəfərə həbs cəzası verildi
Bu gün
·
19:53
Fuad Məlikov rəhbər vəzifəsindən ayrıldı
Bu gün
·
19:33
Azərbaycanda ödənişli yolların sayı arta bilər - Yeni istiqamətlər
Bu gün
·
18:57
Masallıda 4 qadın itin hücumuna məruz qaldı
Bu gün
·
18:52
Bakının 27 küçə və prospektində tıxac var
Bu gün
·
18:21
Beynəlxalq axtarışda olan şəxs Özbəkistana təhvil verildi
Bu gün
·
17:57
Arda Güler yeni müqaviləyə imza atdı
Bu gün
·
17:52
Yenilənib
Dövlət qulluğu üzrə elan edilmiş daxili müsahibə ləğv olundu
Bu gün
·
17:24
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirildi
Bu gün
·
17:05
“Birbank”ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bu gün
·
16:58
Bakıda və bir sıra bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq verildi
Bu gün
·
16:57
Bakı Konfransının Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayımlandı
Bu gün
·
16:42