Xərçəngə qalib gələn MƏŞHURLAR - FOTOLAR

Xərçəngə qalib gələn MƏŞHURLAR - FOTOLAR
12:08 21 İyun 2017
130 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanı bürüyən xərçəng xəstəliyi son illər ərzində milyonlarla insan həyatına son qoyub. İlk baxışdan vahiməli görünən bu xəstəlik, vaxtında düzgün müalicə olunarsa sağalandır.

Publika.az xərçəng xəstəliyinə qalib gələn məşhurların siyahısını təqdim edir.

Maykl Duqlas

Картинки по запросу Maykl Duqlas

2010-cu ildə məşhur Hollivud aktyoru Maykl Duqlas haqda şayiələr dolaşmağa başlayır. Bəziləri onun boğazında bədxassəli şiş tapıldığını deyir, bəziləri isə aktyorun ölüm xəbərini yayırlar. Bu hadisədən bir müddət sonra sevilən aktyor səhhəti haqda səhih məlumat verir. Aktyor dilində qoz boyda bədxassəli şiş yarandığını bildirir. O, uzun müddət ağır kimyaterapiya və şüaterapiya prosedurları keçdikdən sonra, xəstəliyə qalib gəldiyini rəsmi şəkildə elan edir. Bu gün aktyorun səhhətində problem yoxdur, istədiyi qida və içkini asanlıqla qəbul edir. Duqlas etiraf edir ki, əgər müalicələr şişi əritməsəydi o, məcburən cərrahi əməliyyat keçirtməli idi. Bu isə, onun karyerasının sonu ola bilərdi.

Kalli Minok

Gözəl avstraliyalı müğənni Kalli Minokda süd vəzi xərçəngi aşkarlananda 36 yaşı var idi. Karyerasının zirvəsində olan müğənni xəstəliyindən xəbər tutan kimi, Avstraliyaya geri dönür. Həkimlərin təyin etdiyi kimyaterapiya ilə paralel olaraq pəhrizə əməl edir. Rasionuna daha çox yaşıl çay və faydalı meyvə, tərəvəzlər daxil edir. Və budur, artıq 10 ildir ki, Kalli dəhşətli xəstəliyi geridə qoyub, sənətinə geri dönüb. Kalli etiraf edir ki, xəstəliyə qalib gəldiyi üçün xoşbəxtdir amma təəssüf ki, o artıq ana ola bilməyəcək. “ Mənə çox maraqlıdır ki, övladım olsaydı mənə bəzəyərdimi?!”

Robert de Niro

Картинки по запросу Robert de Niro\

2003-cü ildə tibbi yoxlanış zamanı əfsanəvi aktyor Robert de Niroda prostat vəzinin xərçəngi aşkarlanır. Xoşbəxtlikdən xəstəlik ilkin mərhələdə olur. Odur ki, kimyaterapiya tez vaxtda öz müsbət təsirini göstərir. Bu gün Hollivudun əfsanəsi əvvəlkindən də sağlamdır və filmlərdə yaddaqalan obrazlar canlandırmağa davam edir.

Ancelina Coli

2013-cü ildə tibbi müayinədən keçən cazibədar aktrisa süd vəzi xərçənginə tutulma ehtimalının böyük olduğunu öyrənir. O, anasını və xalasını bu xəstəlikdən itirdiyi üçün xərçəngin genetik olduğundan şübhələnirdi.

Odur ki, Coli riskin qarşısını almaq üçün əməliyyat olunub, süd vəzlərini kəsdirir. Bu gün gözəl aktrisanın sağlamlığında ciddi problem yoxdur.

Vahide Gördüm

Məşhur türk akrtisası Vahide Gördümü tamaşaçıya sevdirən bir cəhəti də uzun, düz saçlarıdır. Günlərin bir günü tibbi müayinədən keçən aktrisa süd vəzi xərçənginə tutulduğunu öyrənir. Özünü kifayət qədər güclü qadın hesab edən Vahidə Gördüm ağır kimyaterapiya kurslarından sonra saçları ilə vidalaşsa da, sağlamlığına qovuşur. O, hazırda Türkiyənin ən çox tələb olunan aktrisalarından biridir.

Yıldız Tilbe

Картинки по запросу Yıldız Tilbe

Türkiyəli müğənni Yıldız Tilbe də, xərçəng xəstəliyinə qalib gələn məşhurlar sırasındadır. Uşaqlığında xərçəng aşkarlanan müğənnni tez bir zamanda cərrahiyə əməliyyatı olunur və orqanı amplutasiya olunur. Mügənni etiraf edir ki, uşaqlığı götürüləndə, artıq ana olduğuna görə sevinirmiş.

Hacı Nuran Hüseynov

Картинки по запросу Hacı Nuran Hüseynov

Uzun sürən xərçənglə mübarizədən qalib çıxan sevimli aparıcı Hacı Nuran, xəstəliyi ilə əlaqədar dəfələrlə Almaniyada müalicə alıb. Nuran Hüseynov, başda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla ona dəstək olan bütün dostları haqda bunları deyir: "Mənə həmişə elə gəlir ki, ən isti varlıq günəşdir! Amma hərdən elə dostlarımın səmimiyyətini görürəm ki, günəşin istisi onun yanında zəif görünür!”

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR