Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı

Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı
18:47 21 İyun 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

Krişitanu Ronaldunun meneceri Xorxe Mendeş "Barselona" rəhbərliyi ilə görüşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub.

Bildirilib ki, Mendeş "Real"dan ayrılmaq istəyən Ronaldu ilə bağlı danışıqlar aparıb. Amma "El Mundo Deportivo" görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş "Barselona" rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda TuranAndre Qomeslə bağlı görüşüb.

Bildirilir ki, Ardaya Çin, İtaliya, İngiltərə və Türkiyədən gələn təkliflərlə yanaşı, "Sportinq"in futbolçuya maraq göstərməsi Mendeş - "Barselona" görüşünün baş tutmasına səbəb olub.

Andre Qomes məsələsində isə "Barselona"nın qərarı başqadı. Bu futbolçu "Barselona"da qalacaq. Bu futbolçunun xidmətində Mendeşin çalışdığı "Mançester Yunayted" və "Yuventus" maraqlıdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR