Əfqanıstanda bankın yaxınlığında partlayış olub, 24 nəfər ölüb, 60 nəfər yaralanıb

Əfqanıstanda bankın yaxınlığında partlayış olub, 24 nəfər ölüb, 60 nəfər yaralanıb
13:17 22 İyun 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin Ləşgərgah şəhərində “New Kabul Bank” nümayəndəliyinin yaxınlığında avtomobilin partlaması nəticəsində azı 24 nəfər ölüb, 60 nəfər isə xəsarət alıb.
“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bu barədə Gilmənd əyalətinin qubernatoru Ömər Zvak “Twitter” səhifəsində yazıb.
Qubernator bildirib ki, ölənlər arasında hərbçilər də var: “Partlayış hərbçilər və mülki vətəndaşlar aylıq əmək haqlarını bankdan almağa gedərkən törədilib”.
Bir müddət əvvəl isə telekanal silahlı qrupun əyalətin “New Kabul Bank”ın Ləşgərgah şəhərindəki bölməsinə hücum etdiyi barədə məlumat yaymışdı. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR