İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Cəbhə bölgəsində baş verənlərlə bağlı Metbuat.az saytı rəsmi “Facebook" səhifəsindəcanlı yayım təşkil edib. Canlı yayımda ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov, millət vəkili Fazil Mustafa, siyasi şərhçi Mübariz Əhmədoğlu, politoloq Qabil Hüseynli və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sualları cavablandırıb.
Metbuat.az sözügedən canlı yayım videosunu təqdim edir: