Kəsiri olan tələbələrə

Tələbənin kəsiri olduqda belə, onun bir təhsil müəssisəsindən digərindən köçürülməsi mümkün olacaq.

Metbuat.az xəbər verir ki, kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə biləcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verənTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şərtlərin həm ali, həm də kolleclərə aid olduğunu bildirib.

"Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır və bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilər. Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər. Xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir”.

DİQQƏT: Qəbul imtahanının nəticələri - AÇIQLANDI-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)