Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur.
O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl gündə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu "Kabriol" və başqaları iştirak edib.
Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.
Qeyd edək ki, V. Quliyevin Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.
Milli.Az