"Onlar sənə var-dövlət qazandıracaq"

"Mən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Tələbələrim mənə oxşamaq istədiklərini söyləyirlər, ancaq onlara izah edirəm ki, kiməsə oxşamağa çalışmasınlar. Özləri olsunlar, fərqli düşünsünlər. Həmişə məsləhət görürəm ki, toylara çox da maraq göstərməsinlər, əsas hədəfləri səhnə olsun”.

Metbuat.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva deyib.

O, bildirib ki, indi gənclər pul qazanmaq üçün əsas diqqəti toylara yönəldir. Buna görə də mədəniyyət sahəsində layiq olduqları uğurları qazana bilmirlər:

“Anlamaq lazımdır ki, əvvəl adına, sənətinə nökərlik etməlisən. Bir müddət sonra onlar sənə var-dövlət qazandıracaq. Sənəti və istedadı heç bir halda pula qurban etmək olmaz”.

Sevda Yahyayeva özünü bu hala saldı... FOTO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR