Məktəbəhazırlıq qruplarına qəbulda yenilik

Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.

Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək. Sorğuları qəbul olunan uşaqların sənədlərinin məktəblərdə qəbulu avqustun 15-dən başlayacaq. Bu proses sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qruplarında dərslərin oktyabrın 1-dən başlanılması nəzərdə tutulur.

Rezidenturaya imtahan verənlərin - DİQQƏT! - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)