İki bacı “Instagram”da

Ukraynanın Xarkov şəhərində avtomobildə hərəkət edən 2 qız “Instagram” üçün canlı yayım zamanı qəzaya düşüb.

Qəza zamanı avtomobil yol dirəyinə çırpılıb.   

Olayın videosundan görünür ki, qızlar boş və işıqlandırılmamış yolda yüksək sürətlə hərəkət edirlər. Onlar zarafatlaşır, qışqırır, mahnı oxuyur və alkoqol qəbul edirlər. Videonun sonunda qısa qışqırıq və toqquşma səsi eşidilir, sonra qaranlıq görünür və qəza şahidlərinin danışığı eşidilir.

Hadisə zamanı 24 yaşlı sürücü qız ağır xəsarət alaraq xəstəxanaya aparılarkən keçinib. 16 yaşlı sərnişin qız isə hadisə yerində ölüb. Onlar bacı olub. // İKT.lent.az

Samuxda yanğın - 60 ha sahə yandı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR