Arda Turan "Qalatasaray"da -

Qalatasaray"ın "Barselona"nın futbolçusu Arda Turanı bir mövsümlük icarəyə götürüb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə "CNN Türk" məlumat yayıb. İki klub arasında bununla bağlı danışıqlar müsbət nəticələnib. 

Türk yarımmüdafiəçinin İstanbul klubunda bir mövsüm üçün 5 milyon avro maaş alacağı bildirilib. Bu məbləğin 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək. 

Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir. //QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR