"Report" "Tatar-inform" istinadən xəbər verir ki, konsert bu il oktyabrın 1-nə planlaşdırılıb.
Konsert proqramında görkəmli sənətkarın repertuarından olan ən yaxşı mahnıları Yevgeni Kunqurov, Boris Dyakov, İrina Kostina, İqnat Izotov və Rezeda Qalimova ifa edəcəklər. Konsertdə həmçinin azərbaycanlı baritonu Cavid Səmədov də iştirak edəcək.
Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya gecənin xüsusi qonağı olacaq.