“Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm”.

Metbuat.az bildirir ki, bu sözləri Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Əli Lütfi Zadə haqda işlətdiyi fındıqbaş ifadəsinin doğurduğu kəskin reaksiyalara cavab olaraq sosial şəbəkədəki hesabında yazıb:

“ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər, hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”.

"Utanmır, fındıqbaş onun özüdür..." - Hafiz Hacıyevdən sərt sözlər - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ