"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.
Metbuat.az “Qarabağ”klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı 30 minə çatıb.
Məlumata əsasən, saytdan biletləri onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
| "Çelsi hara, Qarabağ hara" deyənlər üçün - MÜQAYİSƏ - Oxumaq üçün tıkla |