Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər

Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər
16:32 19 Sentyabr 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ukraynada Lvov Milli Mədəni Forumunda ölkədə yaşayan bütün millətlər ilə yanaşı azərbaycanlılar da təmsil olunub. 
"Report" xəbər verir ki, Ukrayna Millətlər Assambleyası və Lvov vilayət rəhbərliyi ilə birgə təşkil olunan Forumda ölkədə yaşayan bütün millətlərə məxsus mədəniyyət nümunələri sərgilənib, forum çərçivəsində dəyirmi masa təşkil olunub.
Forumda vilayət rəhbərləri, deputatlar, siyasət və mədəniyyət nümayəndələri, o cümlədən Avropanın bir sıra ölkələrindən nümayəndə heyətləri iştirak ediblər. Forum çərçivəsində təşkil olunan toplantıda çıxış edən Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatçı tərəf kimi forumun məqsədindən, o cümlədən ölkədəki millətlərin hüquqları ilə bağlı yeni planlarından danışıb. O qeyd edib ki, ölkədəki azsaylı xalqların fəal rolu Ukraynanın vətəndaş hərəkatında faktiki olaraq ciddi rol oynayır. R. Tağıyev eyni zamanda bu yaxınlarda Ukrayna Ali Radasında təhsil qanunvericiliyində edilən dəyişikliyə də narahatlığını ifadə edib. Ölkədəki azsaylı xalqlara məxsus uşaqların orta məktəblərdə 5-ci sinifdən sonra öz dilində təhsil almasının məhdudlaşdıran, hələ ki ölkə prezidentinin təsdiqləmədiyi dəyişiklikdən danışan Millətlər Assambleyasının rəhbəri qeyd edib ki, bu dəyişiklik Ukraynadakı az saylı xalqların maraqlarına cavab vermir: “Bununla bağlı artıq bir neçə dövlət də mövqeyini bildirib. Biz az saylı xalqlar olaraq müvafiq qurumlardan bu məsələ ilə bağlı ictimai müzakirələrin təşkil olunmasını tələb edirik. Bu olduqca həssas məsələdir və Ukraynada bu kimi taleyüklü məsələlərə həssas yanaşmaq lazımdır”. R. Tağıyev Ukrayna Millətlər Assambleyasının bununla bağlı ölkə rəhbəri Pyotr Poroşenkoya müraciət etdiyini və az saylı xalqların ondan bu dəyişikliyə imza atmamağı xahiş etdiyini bildirib. Assambleya rəhbri forumda ölkədəki azsaylı xalqları təmsil edən təşkilatlar adından bəyanat da verib. Bəyanatda bildirilib ki, Ukraynadakı azsaylı xalqlar ölkədəki siyasi sabitliyin qorunub saxlanmasının tərəfdarıdırlar. 
Forum çərçivəsində BUAK-ın Lvov vilayəti sədri Teymur Məmmədov və Assambleyanın qərbi Ukrayna üzrə rəhbəri Nataliya Məmmədovanın təşkilatçılığı ilə Lvovun mərkəzi küçələrində ölkələri təmsil edən sərgilər arasında Azərbaycan da nümayiş olunub, həmçinin Ukraynadakı Müslüm Maqomayev adına mərkəzin rəhbəri, ölkənin azərbaycanlı xalq artisti Qurban Abbasovun ifasında repertuarlar səsləndirilib.











Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/ukraynadaki-azsayli-xalqlar-olkede-siyasi-sabitliyin-qorunmasinin-terefdari-olduqlarini-beyan-edible

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR