Cəlilabadda körpə uşaq anası intihar edib

Cəlilabadda körpə uşaq anası intihar edib
23:52 25 Sentyabr 2017
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 25 sentyabr. REPORT.AZ/ Cəlilabadda intihar hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan gənc ana Fatimə Rəhim qızı Əhmədova həyətdəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Ananın ölümündən sonra 1 yaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-korpe-usaq-anasi-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR