Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO

Keçmiş sevgilisinin futbolçu dostu ilə görüşən model DANIŞDI - FOTO
13:48 26 Sentyabr 2017
228 Şou
Ölkə mətbuatı
A- A+

Özge Ulusoy keçmiş sevgilisinin dostu, Arda Turanla görüşməsi haqqında yayılan xəbərləri inkar etməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur model dünən Murad Bozun konsertini izləməyə gedib. Çıxışda o, jurnalistlərin Arda Turanla sevgili olması ilə bağlı verdiyi sualları cavabsız qoyub. Model "Danışmayacağam" deyərək uzaqlaşıb.

Məlum olub ki, Arda ilə Özge bir neçə gün əvvəl “Gizli qalsın” klubunda əylənərkən tanış olub. Cütlük klubdan səhərə yaxın əl-ələ çıxıb.

Məlumat üçün bildirək ki, Özge Ulusoy 6 illik milyarder sevgilisi Hacı Sabancıdan 4 ay əvvəl ayrılıb. Bundan başqa, model 2013 və 2014-cü illərdə Hakan Sabcıdan bir müddətlik ayrılanda Arda Turanın yaxın dostu və iş ortağı olan Hakan Baş ilə eşq yaşayıb.

Arda Turan isə Aslıhan Doğandan ayrıldığını dünən instaqramda yazaraq elan edib.

Qeyd edək ki, Özge Ulusoy futbolçudan 5 yaş böyükdür.

Atyən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/214719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR