Ölkə ərazisində hökm sürən qeyri-sabit hava fəsadsız ötüşməyib.

Metbuat.az bildirir ki, dünən axşam saatlarından paytaxta yağan yağış Binəqədi rayonunda bir sıra problem yaradıb. Fasiləsiz yağan yağış nəticəsində qəsəbənin yollarını su basıb.

Yaranan problemlə bağlı Metbuat.az-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, aidiyyatı qurumlar tərəfindən sözügedən ərazidə işlər aparılır:

““Azəravtoyol” ASC tərəfindən orada hələ ki, təmir işlərinə başlanılmayıb. Çünki həmin ərazidə “Azərsu” və “Azəriqaz” tərəfindən xətlər yenilənir. Hazırda son tamamlanma işləri aparılır. Bu işlər yekunlaşdırılmadığından, biz də orada təmir işlərinə başlaya bilmirik. Amma yaxın günlər ərzində, yağışlı havalar bitəndən sonra sözügedən ərazidə təmir işlərinin başlanılması nəzərdə tutulub”.

Narkomanlar həbs edilməyəcək - Dəyişikliyin İZAHI - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ