Qəbul zamanı 700 ballıq sistem saxlanılacaq

2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsi əsas götürülsə də, qəbul zamanı 700 ballıq sistem saxlanılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə də abituriyentlərin qiymətləndirilməsi zamanı toplanacaq maksimal bal 700 bal olacaq:

"Buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz. Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”. //Trend

Azərbaycanda internetin sürəti azalıb - Səbəbləri nələrdir? - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)