"Çelsi"nin futbolçusu Alvaro Morata 1 ay müddətinə sıradan çıxıb.
Metbuat.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 7-ci turunda "Mançester Siti"yə qarşı matçda zədələnən ispan hücumçunun durumunun ciddi olduğu müəyyənləşib.
Beləliklə, A.Morata Çempionlar Liqasında "Roma" ilə oyunları və DÇ-2018-in seçmə mərhələsinin görüşlərini buraxacaq.
Qeyd edək ki, A.Morata bu mövsüm 9 qarşılaşmada 7 qol vurub.