Türkiyəli məşhur xəbər aparıcısı Erhan Çelik canlı yayımda TRT-dən istefa verib.
Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, kollektivlə vidalaşıb. Erhan Çelik qısa müddət sonra efirə qayıdacağını, bu müddət ərzində tamaşaçıların yaxşı insanların əhatəsində olmasını dilədiyini söyləyib.
Yerli media E.Çelikin bu qərarının keçmiş həyat yoldaşı, müğənni Gülben Ergenlə bağlı olduğunu, aparıcının ad çəkməsə də, sətiraltı səbəb kimi onu göstərdiyini yazıblar. Bundan sonra E.Çelik sosial şəbəkədə izləyicilərinə istefası ilə bağlı açıqlama verib.
Həmin statusu təqdim edirik:

| Fulin dahi bəstəkarımızı tanımadı - "Üzeyir
Mehdizadə...?" - Oxumaq üçün tıkla |