"Report"un Fransa bürosu xəbər verir ki, səfərdə məqsəd Parisin Sorbon Universiteti ilə Azərbaycanın ali təhsil ocağı arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Səfər çərçivəsində keçirilən görüşlərdə tələbə və müəllim heyətinin mübadiləsi, birgə təhsil proqramlarının həyata keçirilməsi, azərbaycanlı tələbələrin Fransada tədqiqat işi aparması imkanları və digər mövzular müzakirə edilib.
Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti Paris Sorbon Universitetinin müəllim heyətini respublikamıza dəvət edib.
Vusalə İsmətqızı