Çexiya çempionatında 10-cu turun oyunları keçirilir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" doğma meydanda "Teplice" ilə qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb- 2:2. Kamran bu görüşün də iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Geridə qalan turlarda 8 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
Milli.Az