Tələbələr üçün

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

Metbuat.az SOCAR-ın saytına istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib.

Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.

Qeyd edək ki, 2006-cı ildən etibarən SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramına 293 nəfər cəlb edilib. 30 nəfər tələbə hazırda Proqram çərçivəsində təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.

Bu kanalda yayımlanacaq - "Qarabağ"- "Atletiko Madrid" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)