Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: bahalı içkilər, gecəyarısına kimi əyləncə...

Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: bahalı içkilər, gecəyarısına kimi əyləncə...
10:12 20 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

"Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində "Atletiko Madrid" klubunun rəhbərliyinə qonaqlıq verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, "Qarabağ"la oyundan sonra "Hafka" klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından biri olan "Sumax"da qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. "Hafka" qonaqlarına əyləncə də təşkil edib.

Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək çinli məmurlar da olub.

Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Hafiz Məmmədovun təşkilatçılığı ilə "Atletiko" (Madrid) klubunun prezidenti Enrike Serezo, klubun baş direktoru Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlmişdi. Həmin il "La Liqa"da çempionluq elan edən klub rəsmiləri özləri ilə birlikdə çempionluq kubokunu da gətirmişdilər.

Bundan başqa Hafiz Məmmədov hələ o dövürdən təhlükə altında olan biznesini qorumaq üçün "Land of fire Azerbaijan" layihəsini həyata keçirmiş və bu devizi "Atletiko" (Madrid) klubunun formalarına yazdırtmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR