"Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?"

"Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?"
13:12 20 Oktyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaqla bağlı qərarını verməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli bu gün parlamentin plenar iclasında deyib.

O qeyd edib ki, Avropa bizim nə göy rəngimizi, nə yaşıl rəngimizi görmək istəyir: "Bəs, bizim Qafqaz vüqarımız harda qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq? Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, əgər biz Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar: "Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/592131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR