Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək

Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək
11:42 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın Dövlət Rəqs Ansamblı Moskvada keçiriləcək "Mənim Azərbaycanım" adlı konsertlə çıxış edəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, konsert oktyabrın 26-da Çaykovskiy adına konsert zalında baş tutacaq.
Konsert çərçivəsində "Koroğlu" baletinin premyerası olacaq. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın əməkdar artisti, məşhur xoreoqraf Dikalu Muzakayevdir.
Qeyd edək ki, "Mənim Azərbaycanım" adlı konsert proqramı ilk dəfə birinci Bakı Şoppinq Festivalının açılış mərasimində və "Bakı-2017" IV İslam Həmrəylik Oyunları zamanı təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/moskvada-koroglu-baletinin-premyerasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR