"Barselona"dan 3 futbolçu ayrılacaq - Biri də Arda Turandır

"Barselona"dan 3 futbolçu ayrılacaq - Biri də Arda Turandır
17:22 21 Oktyabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ernesto Valverde 3 futbolçunun satılmasını istəyir.

Milli.Az Report-a istinadən xəbər verir ki, onların arasında futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan da var.

Katalonyalıların baş məşqçisi A.Turanla yanaşı, yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil. E.Valverde hesab edir ki, bu futbolçular "Barselona"nın səviyyəsinə uyğun deyillər.

Qeyd edək ki, E.Valverde bu ilin yayında "Barselona"ın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR