Deputat: "Prezident İlham Əliyevin D - 8 Zirvə toplantısındakı çıxışı konkret hədəfə istiqamətləndi"

Deputat: "Prezident İlham Əliyevin D - 8 Zirvə toplantısındakı çıxışı konkret hədəfə istiqamətləndi"
09:12 22 Oktyabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən D - 8 Zirvə toplantısında çıxışı konkret hədəfə istiqamətləndi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı toplantıda çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin həllinə mane olan tərəfə yönəltdi: "Prezident İlham Əliyev ən əsası onu qeyd etdi ki, özünü müsəlman dövlətlərinə dost kimi göstərmək istəyən Ermənistana heç vaxt inanmaq olmaz və inanmasınlar. Dövlət başçısı çağırış etdi ki, sözdə Ermənistanı təcavüzkar kimi pisləyən bəzi dövlətlər, əslində, həmin ölkə ilə dostluq edirlər və bu düzgün deyil. Bəzi müsəlman dövlətləri açıq-aşkar bu işlə məşğul olurlar".

T.Kərimli bildirib ki, Azərbaycanın D-8 Zirvə Toplantısında iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir: "Əhalisi 100 milyon olan böyük müsəlman dövlətləri ilə yanaşı, Azərbaycanın səsinin beynəlxalq miqyasda eşidilməsi böyük nailiyyətdir. Bir mühüm cəhət də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı artıq D-8 formatını tanıyır və əhəmiyyət verir, D-8-in qəbul etdiyi qərar və qətnamələr BMT-də məcburi müzakirə ediləsi məsələlərə çevrilir. Düşünürəm ki, toplantı digər ölkələrin rəhbərləri ilə təmaslar Azərbaycan üçün çox faydalı oldu".

Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/592620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR