Metbuat.az oktyabrın 22-də tarixdə baş verən yaddaqalan hadisələri təqdim edir:

E.ə.202-ci il — Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olub.

362-ci il — Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olub.

1600-cı il — Osmanlı ordusu Macarıstanın Kanije qalasını fəth edib.

1746-cı il — "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulub.

1883-cü il — Nyu-York şəhərində yerləşən Metropolitan Operası "Faust" operasının premyarası ilə açılıb.

1931-ci il — Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi ödəmədiyinə görə 11 il həbs cəzası alıb.

1935-ci il — SSRİ-də marşal rütbəsi təsis edilib.

1938-ci il — Amerikan mühəndis Çarlston surətçıxarma aparatını icad edib.

1953-cü il — Laos Fransadan ayrılıb müstəqilliyini elan edib.

1960-cı il — boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanıb.

1962-ci il — Amerika Birləşmiş Ştatları prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlayıb və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif edib.

1964-cü il — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanıb, amma onu geri qaytarıb.

1980-ci il — Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv edib.

1982-ci il — Amerikada ilk Rembo filmi ekranlara çıxıb.

1983-cü il — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirib.

1990-cı il — Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunub.

1996-cı il — Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurub.

2000-ci il — Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan edib.

2002-ci il — "Merkuri-2" bərəsi qəzaya uğrayıb.

2006-cı il — Alman avtombil pilotu Mixael Şumaxer karyerasına son qoyub.