Xəzər telekanalında Zaurun verilişinin qonağı olan əməkdar atist Səlim Abbasov aparıcının gözlənilməz istəyi ilə qarşı-qarşıya qalıb.
Milli.Az xəbər verir ki, Zaur skripka ifaçısına Azərbaycan şou-biznesinin kişi üzvlərindən ibarət futbol komandası düzəltmək təklif edib.
Zaurun təkidi ilə prodüser Toliki heyətə daxil edən Səlim aparıcıya şikayətin bildirib:
"Toliki qoydum bura, bütün hücumlar buradan gələcək. Tolik futbol oynayan deyil axı. Zaur, yəqin, sən onla futbol oynamısan. Bilsəydim, Toliki qapıya qoyardım".
Səlimin 11-liyini təqdim edirik:
Hücumçular: Səlim, Ağadadaş Ağayev, Səməd Səmədov
Yarımmüdafiəçilər: Vüqar Əbdülov, Elton, Anar Abbasov
Müdafiəçilər: Emil Bədəlov, Elçin Cəfərov, Tolik, Vüqar Bəxtiyar
Qapıçı: Aşıq Əli
Məhəmməd Vaqif
Milli.Az